Unay Emeri: Bakıda kuboku qazanaraq, yeni tarix yazmaq istəyirik”backend

Unay Emeri: Bakıda kuboku qazanaraq, yeni tarix yazmaq istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu İngiltərə \”Arsenal\”ının baş məşqçisi Unay Emeri Avropa Liqasının yarımfinalında \”Valensiya\”ya 4:2 hesabı ilə qalib gələrək, finala yüksəldikləri cavab oyunundan sonra deyib. 48 yaşlı mütəxəsis yeni tarix yazmaq istədiklərini bildirib: \”Çempionlar Liqasında iştirak etmək üçün 2 yolumuz var idi. Premyer Liqada şansımızı itirdiyimizdən, məqsədimiz kuboku qazanıb, növbəti mövsüm Çempionlar Liqasında çıxış etməkdir. Biz kuboku qazanaraq yeni tarix yazmaq istəyirik\”.

Emeri \”Valensiya\” ilə matçlarda xarakter nümayiş etdirdiklərini də vurğulayıb: \”Valensiya\” ilə hər iki matçda geriyə düşüb hesabı öz xeyrimizə çevirdik. Oyunçularım xarakter nümayiş etdirdilər. Hücumçularımız müdafiə planında yaxşı çıxış etdi. Onların hamısını təbrik edirəm. Bu mövsüm heç bir komanda \”Valensiya\”ya 4 qol vura bilməmişdi. Amma biz bunu edə bildik\”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək \”Çelsi\” – \”Arsenal\” matçı saat 23:00-da başlayacaq.

İnterPress.Az