Litvalı deputat: “Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri strateji əhəmiyyət daşıyır”backend

Litvalı deputat: “Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri strateji əhəmiyyət daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Litva Seyminin (parlament) deputatı, Avropa işləri üzrə komitənin sədr müavini Valeriy Simulik (Valerijus Simulik) bildirib.

O qeyd edib ki, tarixi bağlılığa söykənən Litva-Azərbaycan əlaqələri bu gün ikincinin Avropaya inteqrasiyasında böyük rol oynaya bilər:

“Ümumiyyətlə Baltikyanı ölkələrin Azərbaycanla yaxınlığı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi bu inteqrasiyada əsas rol oynaya bilər. Bugün nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqı üçün enerji sahəsində önəmli tərəfdaşdır, o zaman deyə bilərik ki ölkələrimiz arasında münasibətlər olduqca strateji rol oynayır”.

Deputat bildirib ki, Litva Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığını inkişaf etdirir və investisiyaların təşviqi də daxil olmaqla bütün növ biznes fəaliyyətləri üçün əlverişli şəraitləri təmin etməkdə maraqlıdır:

“Əlaqələrin inkişafı ətraf mühitin mühafizəsi sahəsində, gənclər və tələbələrin mübadiləsi, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial müdafiə sahələrini də əhatə edir. Biz bunun perspektivini əlverişli görürük” – deyə, V. Simulik vurğulayıb.

İnterPress.Az