Bakıda sıradan çıxan “Uilyams”ın bolidi İspaniya Qran-prisinə hazırdırbackend

Bakıda sıradan çıxan “Uilyams”ın bolidi İspaniya Qran-prisinə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xarici mətbuata istinadən məlumatına görə, kanalizasiya qapağına ilişərək yararsız hala düşən avtomobilin şassisində artıq problem qalmayıb.

Bu səbəbdən də “Uliyams”ın pilotu həftəsonu İspaniya Qran-prisində bolidinin sükanı arxasında olacaq. Komanda rəhbərliyi Bakıda yüngül təmir olunan Robert Kubitsanın idarə etdiyi bolidin şassisini də yeniləyib.

“Uilyams”ın rəhbərinin müavini bildirib ki, C. Rassellin avtomobilinə dəyən zərəri Bakıdakı yarışın təşkilatçıları öz üzərilərinə götürüblər: “Biz hələ Azərbaycanda olduğumuz vaxt icraçı direktorla görüşdüm. Ona izah etdim ki, məsələnin tez həll olunması bizim üçün vacibdir. Onlar çox nəzakətli davrandılar. Ödəniş sığorta vasitəsilə gerçəkləşəcək. Bunun isə nə vaxt olacağını bilmirəm”.

Qeyd edək ki, 2017-ci ildə Roman Qrojan Malayziya Qran-prisində oxşar hadisə ilə üzləşdikdə də kompensasiyanı təşkilatçılar ödəyib.

İnterPress.Az