Sumqayıtda avtomobildən 15 min manata yaxın pul oğurlanıbbackend

Sumqayıtda avtomobildən 15 min manata yaxın pul oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şəhər ərazisində “DAF” markalı yük avtomobilindən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az