“Çelsi” Bakıdakı finaldan öncə ABŞ-a gedəcəkbackend

“Çelsi” Bakıdakı finaldan öncə ABŞ-a gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu İngiltərənin \”Çelsi\” klubunun baş məşqçisi Maurisio Sarri Avropa Liqasının yarımfinalında Almaniya təmsilçisi \”Ayntraxt\”a penaltilərlə 4:3 hesabı ilə qalib gələrək, finala yüksəldikləri cavab oyunundan sonra deyib.

İtaliyalı mütəxəsis ilk hissədə 2-ci qolu vura bilmədikləri üçün sona qədər əziyyət çəkdiklərini bildirib: \”İlk qoldan sonra ikincini vurmalı idik. Amma fasilədən sonra onların cavab qolunu vurması bizə pis təsir etdi və meydanda oyunumuzu itirdik. Layiqli rəqibə qarşı yaxşı oyun sərgilədiyimizi düşünürəm\”.

60 yaşlı baş məşqçi futbolçuların yorğunluğu və final matçından öncə ABŞ turnesinə qatılacaqları üçün narahat olduğunu bildirib: \”Mövsümün 61-ci matçını keçirdik. İtaliyada komandalar maksimum 50 oyun keçirir. İngiltərədə futbolçular az istirahət edir və çox yorulurlar. Həftəsonu \”Lester\”ilə matçımız var və həmin oyuna qədər gücümüzü bərpa etməliyik. Daha sonra Amerika turnesinə yollanacağıq və orada matçımız olacaq. Finala hazırlanmaq üçün 10 günümüz olacaq\”.

Sarri penalti seriyası zamanı meydana daxil olması barədə də açıqlama verib: \”Bu mənim batil inancımdır. Ona görə meydana daxil olmadım. Köməkçi məşqçi Zola ilə danışıb oyunçulara təlimatlarımı bildirdim\” .

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək \”Çelsi\” – \”Arsenal\” matçı saat 23:00-da başlayacaq.

İnterPress.Az