Azərbaycan bu yay istirahət üçün ən populyar ölkələr üzrə “top-10″a düşübbackend

Azərbaycan bu yay istirahət üçün ən populyar ölkələr üzrə “top-10″a düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterPress.Az\” RİA \”Novosti\”yə istinadən xəbər verir.

\”Tutu.ru\” səyahət xidmətinin mütəxəssisləri 2019-cu il iyunun 1-dən sentyabrın 1-dək olan uçuşları əvvəlcədən bron etmək aksiyası üzrə təhlil aparıb.

Ardıcıl ikinci yaydır ki, azad səyahətçilər ilk növbədə reytinqdə 1-ci sırada qərarlaşan Gürcüstanı seçirlər. Monteneqro ikinci, İspaniya isə üçüncü sırada qərarlaşıb. Eyni zamanda, Gürcüstana aviabiletlərin qiyməti 9%, Monteneqroya isə 7% bahalaşıb, İspaniyaya uçuşlar isə 6% ucuzlaşıb.

\”Top-10\”da həmçinin İtaliya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Moldova, Qırğızıstan və Azərbaycan yer alıb.

Azərbaycana aviabiletlərin qiyməti 15% artıb.

İnterPress.Az