Azərbaycana idxal edilən balın rüsumunun artırılması ilə bağlı hökumətə müraciət hazırlanırbackend

Azərbaycana idxal edilən balın rüsumunun artırılması ilə bağlı hökumətə müraciət hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Report”a Assosiasiya sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, idxal rüsumlarının artırılmasında məqsəd bazarı qorumaqdır: “Daxili bazarı qoruya bilmirik”.

B.Həsrətov vurğulayıb ki, qiyməti 2-3 manata satılan bal ölkədə geniş yayılıb: “Bu qiymətə satılan balın tərkibi ilə bağlı bizdə şübhə var. Bu arıçılığın inkişafına böyük zərbə vura bilər”.

Hal-hazırda Azərbaycana gətirilən təbii bala tətbiq olunan gömrük idxal vergisinin dərəcəsi 10 faiz təşkil edir.

Ötən il ölkədə 3 min tondan çox bal istehsal olunub. Bu il isə 5 min tondan çox gözlənilir.

İnterPress.Az