Şahin Məmmədov: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti…”backend

Şahin Məmmədov: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov DiasporPress.az-a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan diasporunun inkişaf mərhələsi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkədən kənarda yaşayan həmvətənlərimizin qazandığı uğurlar ölkəmizin diaspor siyasətinin çox uğurlu olduğunun göstəricisidir: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Ulu Öndər hakimiyyətdə olan zaman diaspor nümayəndələrinin gördüyü işlərin qiymətləndirilməsi, onların problemləri istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritet məsələlərindən olmuşdur. Hal hazırda da cənab Prezident İlham Əliyev tərəfindən diaspor siyasəti uğurla davam etdirilməkdədir.”

Şahin Məmmədov qeyd edib ki, Şimali Osetiyada Azərbaycan diasporunun həyata keçirdiyi bütün layihələr diasporamızın inkişafına, Azərbaycan həqiqətlərinin Rusiya, xüsusən Osetiya ictimaiyytinə dolğun şəkildə çatdırılmasına hesablanıb. Şimali Osetiya diasporu Rusiyada artıq yetəri qədər yaxşı imicə sahib və tanınmış diaspora təşkilatıdır. Fəaliyyətimiz dövründə həyata keçirdiyimiz layihələrdə azərbaycançılıq ideologiyasının təbliğini, Qarabağ həqiqətlərini və Rusiya- Azərbaycan əlaqələrinin inkişafı daim ön planımızda olub və bu istiqamətdə işlər görülüb. Bizim məqsədimiz Şimali Osetiyada yaşayan həmvətənlərimizin hər bir sahədə təşəbbüslərini stimullaşdırmaq, Azərbaycan və Rusiya dövlətlərinin diaspor siyasətinə töhfə vermək, Azərbaycan diasporunun daha da inkişaf etməsinə yardımçı olmaqdır.

Diaspor təşkilatı olaraq istər Rusiyada, istərsə də təmsil olunduğumuz beynəlxalq layihələrdə Azərbaycanın adının daha yüksəklərə qaldırılmasına nail olmağa çalışmışıq. Dövlətimizin diaspor siyasətinə töhfəmiz bununla bitməyəcək. Azərbaycan diasporunun inkişafı naminə lobbiçiliyin inkişafı sahəsində qazanacağımız nailiyyətlər və cəmiyyətin inkişafı istiqamətində atacağımız addımların çoxu hələ qarşıdadır. Bu gündən sonra da diaspor siyasətinə dəstək olmaq prioritet məsələmizdir.”

İnterPress.Az