Məktəb şagirdin intihara cəhd etməsi ilə bağlı açıqlama yayıbbackend

Məktəb şagirdin intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbdən \”Report\”a daxil olan açıqlamada qeyd olunur ki, aprelin 30-da saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib.

\”Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib. Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur. Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb\”, – məktəbdən verilən açıqlamada qeyd olunub.

İnterPress.Az