Azərbaycanda qadınlar arasında kənd turizmin inkişafı layihəsi həyata keçiriləcəkbackend

Azərbaycanda qadınlar arasında kənd turizmin inkişafı layihəsi həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Report”a Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, onlara maliyyə dəstəyi veriləcək və bu istiqamətdə bir sıra təşkilatlarla danışıqlar aparılır: “Belə ki, layihə çərçivəsində təlim, infoturlar və digər işlər həyata keçiriləcək”.

“Layihəyə mayın 15-dən sonra başlanılması nəzərdə tutulur”, – S.Babayeva vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Səkinə Babayeva bildirmişdi ki, sərhədyanı rayonlarda yaşayan qadınlara dəstək layihəsi çərçivəsində Tovuzda fəaliyyət göstərən qadın sahibkarlar üçün seminarlar təşkil olunacaq və onlara avadanlıqların alınmasında kömək göstəriləcək.

İnterPress.Az