Fransanın Daxili İşlər naziri: “Gürcüstan vətəndaşlarının qanunsuz miqrasiyası bizim üçün başağrısına çevrilib”backend

Fransanın Daxili İşlər naziri: “Gürcüstan vətəndaşlarının qanunsuz miqrasiyası bizim üçün başağrısına çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Interpress News”a istinadən xəbər verir ki, bunu Fransanın Daxili İşlər naziri Kristof Kastaner Tbilisidə gürcüstanlı həmkarı Giorgi Qaxaria ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Gürcüstan təhlükəsiz və əmin-amanlıq olan, müharibənin getmədiyi bir ölkədir. Gürcülər hər yerə, o cümlədən Fransaya səyahət edə bilərlər. Lakin onlar El Dorado xülyalarına qapılır, amma Fransada və bir çox ölkələrdə umduqlarını tapa bilmirlər”, – fransalı nazir deyib.

O, Gürcüstan kimi ölkənin sığınacaq axtaranlar sayına görə liderlər arasına girməsinin normal olmadığını, himayə axtaranların hamısını qəbul etmək iqtidarında olmayan Fransa hökuməti və əhalisi üçün bütün bunların başağrısına çevrildiyini dilə gətirib.

Bu məsələyə dair ətraflı müzakirələr apardığını söyləyən K.Kastaner Gürcüstan vətəndaşlarının çox vaxt sağlamlıq səbəbləri ilə də Fransaya üz tutduqlarını diqqətə çatdırıb.

İnterPress.Az