XİN rəsmisindən Paşinyanın Şuşaya səfərinə dair – AÇIQLAMAbackend

XİN rəsmisindən Paşinyanın Şuşaya səfərinə dair – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyanın Azərbaycan torpaqlarına səfər etməsi beynəlxalq hüququn pozulmasıdır:

“Bu addım danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, münaqişənin həlli yoluna yönəlmiş zidd hərəkətdir. Bu səfərləri qınayırıq. Təbii ki, Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər iki tərəf öz adı ilə çağırılsın”.

“Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edilər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşinyanın səfəri ağlabatan deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır”- deyə nazir müavini qeyd edib.

İnterPress.Az