Prokurorluq Kəmalə Ağazadənin hökmündən protest veribbackend

Prokurorluq Kəmalə Ağazadənin hökmündən protest verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyir.

Apellasiya protesti üzrə məhkəmənin ilkin baxışı mayın 15-nə təyin edilib. Protest hakim Rizvan Səfərovun icraatıan verilib.

İttiham aktına əsasən, QHT sədri K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ağazadə 3500 manat məbləğində cərimələnib.

İnterPress.Az