Diaspor liderinin doğum günüdür-TƏBRİKbackend

Diaspor liderinin doğum günüdür-TƏBRİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Ulyanovskidə Azərbaycan diasporunun lideri İslam Hüseynovun doğum günüdür.

İslam Hüseynov Rusiyada soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiyayla siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Ulyanovskidə qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

İslam Hüseynov Rusiyada təhsil alan gənclərin koordinasiya olunması, Ulyanovskidə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, bir neçə ali təhsil müəssisəsində \”Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

İslam Hüseynovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Ulyanovski şəhərində Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Rusiyada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

İslam Hüseynov Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə \”Tərəqqi” medalı ilə təltif edib.

Bizdə DiasporPress.az olaraq İslam müəllimi səmimmi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.

İnterPress.Az