Bakıda Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilibbackend

Bakıda Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, aksiya Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, partiya üzvləri, fəalları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə. Əhmədov deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: \”Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtı ilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə dəstək göstəririk\”.(ona)

İnterPress.Az