İnterPress.Az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb.
Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb.
Qeyd edək ki, \”Ebola\” epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə – Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib.
Konqo Demokratik Respublikasında \”Ebola\” virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb
İnterPress.Az