Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Diaspor Komitəsində azərbaycanlı partizanın qızına medal təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsi Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngavər” titulu almış, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı, Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş Məmməd Məmmədovun qızı Nancy Mamedova Dumeni (Nənəxanım Məmmədova) medalla təltif edib.

Dərc edilib: 11 may 2019 [17:14]
Baxış sayı: 4193

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi qəhrəmanın qızının ailəsi ilə birlikdə Azərbaycana səfərini təşkil edib. Məmməd Məmmədovun fəxri vətəndaşı olduğu və abidəsinin ucaldığı Niderland Krallığındakı Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen də Azərbaycana dəvət olunan qonaqlar arasındadır.

Dövlət Komitəsində nümayəndə heyəti ilə görüş keçirilib. Dövlət Komitəsinin sədri Fuad Muradov qəhrəman partizanın həyat və fəaliyyətindən danışıb, Azərbaycanın adını Niderlandda şərəflə yaşadan ailəyə təşəkkürünü bildirib.

Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və digər qonaqlar olduqca maraqlı və vacib görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Azərbaycanlı kimliyini daim yaşadan Nancy Dumen və ölkəmizin dostu olan şəhər meri həm də mükafata layiq görülüblər. Dədə Qorqud Milli Fondu və “Azərbaycan dünyası” jurnalının birgə təsis etdiyi “Vətən övladı” medalı Nancy Doomenə, “Qızıl ürək” medalı isə Yohanees Fransiskus Mariya Yansenə təqdim edilib.

Fondun prezidenti və jurnalın təsisçisi Eldar İsmayılov, jurnalın idarə heyətinin üzvləri akademik Fazil Qurbanov, Elxan Ələsgərov, Hacı Əzimov, Məhəmməd Seyidoğlu Məmməd Məmmədovun qəhrəmanlıqlarını yada salıb, onun yadigarlarına və Azərbaycana dost münasibəti göstərən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər dünya azərbaycanlılarının axtarılması, onların əzəli vətənləri ilə əlaqələrinin möhkəmlənməsi üçün Komitənin gördüyü işləri müsbət qiymətləndiriblər.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 123