ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilibbackend

ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilib.

ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

İnterPress.Az