“Avropa dördlüyü”nün XİN başçıları İranın nüvə məsələsini müzakirə edəcəklərbackend

“Avropa dördlüyü”nün XİN başçıları İranın nüvə məsələsini müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini, Böyük Britaniyanın xarici işlər naziri Malkolm Rifkind, Almaniyanın xarici işlər naziri Hayko Maas və Fransanın xarici işlər naziri Jan-İv Le Drian (Avropa dördlüyü) bu gün İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

İnterPress.Az “Mehr”ə istinadən xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Görüşdə İranın 2015-cü ilin iyulunda “altılıq” (ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin, Rusiya) ölkələri ilə imzaladığı razılaşmadakı öhdəliklərdən qismən çıxmasına dair məsələ müzakirə ediləcək.

İnterPress.Az