Dövlət Komitəsinin sədri jurnalistləri məsuliyyətli olmağa çağırıbbackend

Dövlət Komitəsinin sədri jurnalistləri məsuliyyətli olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə, o, Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hansısa bir problemi araşdıran jurnalist məsuliyyətli olmalıdır: \”Hesab edirəm ki, jurnalistlərin məsuliyyətlərinin artırılması istiqamətində treninqlər keçirilməlidir. Bəzi hallarda zorakılığa məruz qalmış qadınların və ya uşaqların həyatı mətbuatda yayılan yanlış informasiyalar hesabına təhlükəyə atılır. Axı onların da gələcəyi var. Əziz jurnalistlər, gəlin bir-birimizə hörmət edək. Onların da yaşamaq haqqı var. Onların haqqında yanlış məlumatlar yaymaqla həyatlarını təhlükəyə atmayaq\”.

İnterPress.Az