Söyün Sadıqov: “Prezidentliyə namizəd olmayacağam”backend

Söyün Sadıqov: “Prezidentliyə namizəd olmayacağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu bəyanatla “Azərros”da keçirilən son iclasda qurumun prezidenti Asif Məhərrəmovun vəzifədən kənarlaşdırılması və mart ayında yenidən qurultay keçrilməsi ilə bağlı məsələyə münasibət bildirən azərbaycanlı oliqarx Söyün Sadıkov çıxış edib.

S.Sadıkov onun namizədliyini irəli sürmək istəyənlərə də müraciət edib: “Mənim namizədliyimi irəli sürmək istəyənlərə müraciət edərək onları bu ideyadan daşınmağa çağırıram. Etimada görə hər kəsə minnətdaram, ancaq düşünürəm ki, əvəzedilməz adam yoxdur”.

Rusiyada fəaliyyət göstərən digər təşkilatların rəhbərlərini də ondan nümunə götürməyə çağıran S.Sadıkov yeni liderlərə yol açılmasının vacibiyini bildirib: “Ancaq bu yolla icmaları gücləndirmək olar”.

Qeyd edək ki, “Azərros”da baş verən son hadisələrdən sonra Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqqallar Şurası da ləğv edilib.

Elnarə
İnterpress.az