Neftçalada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbbackend

Neftçalada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat xidmətindən verilən bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

İnterPress.Az