Kürdəmirdə yük maşını aşıb, qum ətrafa dağılıbbackend

Kürdəmirdə yük maşını aşıb, qum ətrafa dağılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüklə dolu \”Shachman\” markalı yük avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, yük maşınına xeyli ziyan dəyib. Nəqliyyat vasitəsindəki qum yolun kənarına səpələnib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az