Səudiyyə Ərəbistanı tankerlərinə hücumbackend

Səudiyyə Ərəbistanı tankerlərinə hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin məlumatına görə, bunu ölkənin energetika naziri Xalid əl-Fəlih bildirib.

Fuceyrə limanı yaxınlığında baş verən insident nəticəsində gəmilərə ciddi ziyan dəysə də, ölən və yaralıların olmadığı bildirilir. Nazir hücumun haradan qaynaqlandığını bildirməyib və təfsilata varmayıb.

“Gəmilərdən biri xam neftlə doldurulması üçün Ras Tanura limanına yola düşmüşdü, sonradan həmin neft “Aramko” şirkətinin ABŞ-dakı müştərilərinə çatdırılmalı idi”, – deyə nazirin bəyanatında deyilir.

Bundan əvvəl, mətbuatda BƏƏ sahillərində olan neft tankerlərində partlayışın baş verməsi və dənizə neftin sızması barədə məlumat yayılsa da, Fuceyrə əmirliyi hökuməti məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.

İnterPress.Az