Ermənistanda anti-Rusiya mövqeli şəxs qubernator təyin edilibbackend

Ermənistanda anti-Rusiya mövqeli şəxs qubernator təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında dörd il əvvəl keçirilən etiraz aksiyası zamanı

Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” müxalif fraksiyasının başçısı Edmon Marukyan bununla bağlı hakimiyyətdən izahat tələb edib.

“Bu günlərdə KİV-də Araqason vilayətinin qubernatorunun etiraz aksiyasında iştirak edib Rusiyanın dövlət bayrağını yandırmaq cəhdi barədə məlumatlar yayılmışdı. Həmin aksiyada bunu etməyə polis imkan verməyib. Ancaq o, RF-nin dövlət bayrağını ayağı atlına alaraq tapdalayıb. Fikrimcə, vətəndaş öz mövqeyini başqa dövlətin bayrağını yandırmaq və ya tapdalamaqla bildirə bilər. Ancaq mən belə bir adamın Ermənistanda qubernator kimi yüksək vəzifəyə təyin edilməsini başa düşə birmirəm. Halbuki hakimiyyət Rusiya ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir”, – o, “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, David Gevorkyan 2018-ci il oktyabrın 10-dək Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini vəzifəsində işləyib. O, həmin tarixdə istefa verərək qubernator vəfizəsinə təyin edilib.

İnterPress.Az