Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab veribbackend

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Momani həlledici matçın iştirakçıları İngiltərənin \”Çelsi\” və Arsenal\” komandasının üzvlərini səhər yeməyində təsvir edib.

Fotoda \”Çelsi\”nin baş məşqçisi Mauritsio Sarri, komandanın futbolçuları Eden Azar, N Qolo Kante, \”Arsenal\”dan isə Pyer-Emerik Obameyanq, Mesut Özil və Aleksandr Lyakazett yer alıb. Momani bunlarla yanaşı, \”Liverpul\”un baş məşqçisi Yurgen Kloppu da karikaturaya əlavə edib. O, \”Cənab, Klopp, bizə qoşul! Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hər kəsi xoşbəxt edir! Bunu mütləq dadın!\” yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini \”Bu qərarı verənlər səhər nə yeyirlər?\” deyə tənqid edib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.(report)

İnterPress.Az