Gənc qıza işgəncə verən paralimpiya çempionu saxlanıldıbackend

Gənc qıza işgəncə verən paralimpiya çempionu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a “Təmzi dünya” İB-nin təmsilçisi Şəfəq Ağacan verib. Onun sözlərinə görə, gənc qız təşkilata müraciət edərək çempion tərəfindən işgəncəyə məruz qaldığını bildirib.

1 il ərzində sevgi münasibətləri olan cütlük daha sonra oğlanın evli olması səbəbindən ayrılıb. Gənc qız sevdiyi şəxsin evli olduğunu öyrəndikdən sonra münasibəti davam etdirmək istəməyincə çempion ona qarşı zorakılıq tətbiq edib. Gənc qızın nişanlanması xəbərini eşitdikdən sonra onu zorla avtomobilinə oturdaraq “beşbarmaq” və digər soyuq silahlarla işgəncə verib. Gənc qızın zorla avtomobilə mindirilməsi təhlükəsizlik kameraları tərəfindən görüntülənib. Qız çətinliklə onu öldürməklə hədələyən çempionun maşınından qaçmağı bacarıb.

“Təmzi dünya” İB-nin məsələyə müdaxiləsindən sonra Sumqayıt şəhər Polis İdarəsi və 4 saylı polis şöbəsinin əməkdaşları tərəfindən çempion saxlanılıb.

Hadisə ilə bağlı gənc qız bu gün tibbi ekspertizaya göndərilib.

Elnarə
İnterpress.az