“Şahdəniz” yatağından qaz hasilatı 59% artıbbackend

“Şahdəniz” yatağından qaz hasilatı 59% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

Bu ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qazın həcmi ötən ilin müvafiq dövründən 59%, kondensatın həcmi isə 66% çoxdur.

Bildirilib ki, ötən ilin iyul ayının sonunda “Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə təqribən 20 mlrd.) kubmetrdir.

2019-cu ilin birinci rübündə “Alfa” platformasından quyu qazılmayıb.

“İstiqlal” qazma qurğusu şərq cinahda bir sualtı quyunu tamamlayıb, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. “Maersk Explorer” qurğusu bir quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilib.

“Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, \”Şahdəniz\” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. \”Şahdəniz\” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), \”AzSD\” (10%), \”SGC Upstream\” (6.7%), \”Petronas\” (15,5%), \”LUKoil\” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

İnterPress.Az