Astara sakini Rusiyada olan həmkəndlisinin evindən oğurluq edibbackend

Astara sakini Rusiyada olan həmkəndlisinin evindən oğurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara rayon sakini olan bir qadın oğurluq hadisəsi barədə DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında onun Rusiya Federasiyasında yaşayan oğlu C.Hüseynova məxsus Kakalos kəndində yerləşən evdən 1 ədəd 600 manat dəyərində “Samsung” markalı televizor, çamadanı ilə birlikdə 1 ədəd “Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb. Astara RPŞ-nin əməkdaşlarının keçirdiklləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az