Yunanıstanda CNN-in jurnalistinin avtomobili yandırılıbbackend

Yunanıstanda CNN-in jurnalistinin avtomobili yandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterPress.Az\” RİA \”Novosti\”yə istinadən xəbər verir.

Maşını jurnalistin evinin yaxınlığında gecə saat 2 radələrində yandırıblar. Avtomobil tamamilə yanıb.

Polisdəki mənbələrin verdiyi məlumata görə, hücum məşhur terrorçu Dimitris Kufontinasla bağlıdır. Belə ki, prokurorluq 11 il ömürlük həbs cəzasına məhkum edilmiş \”17 noyabr\” terror təşkilatının lideri və baş cəlladı D.Kufontinası məzuniyyətə buraxmaqdan növbəti dəfə imtina edib. Bu səbəbdən solçu anarxist təşkilatlar bir sıra aksiyalar keçiriblər.

Jurnalistlərin çoxu terrorçuya məzuniyyət verilməsinə qarşı çıxır.

Qeyd edək ki, D.Kufontinas 2002-ci ildə həbs edilib və 11 ömürlük müddətə məhkum edilib. \”17 noyabr inqilabçı təşkilatı\” Yunanıstanda 1975-2002-ci illərdə fəaliyyət göstərib. Onun \”aktivində\” partlayışlar, qarətlər, 23 amerikalı, ingilis və türkiyəli diplomatların və hərbçilərin, yunan siyasətçilərin və iş adamlarının qətlləri var. İş üzrə 14 nəfər mühakimə edilib.

İnterPress.Az