Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdırbackend

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Report\”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: \”Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və stabildir\”.

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.

İnterPress.Az