Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların və tütün məmulatlarının gətirilməsinin qarşısı alınıbbackend

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların və tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi \”Mercedes-Benz C 240\” markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilmiş saxlanc yerindən 1 ədəd \”Samsung Galaxy A9\”, 1 ədəd \”Samsung Galaxy A6+\” markalı mobil telefonlar və 800 ədəd \”Marlboro\” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az