Aparıcıya nazirlikdə vəzifə verildibackend

Aparıcıya nazirlikdə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu haqda Gözəlovanın həmkarı Mehman Mehdiyev sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.

Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Məlumat üçün bildirək ki, G.Gözəlova bundan əvvəl “Azərpoçt” MMC-nin mətbuat katibi vəzifəsində çalışıb.

İnterPress.Az