Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb

Tovuz rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Dərc edilib: 14 may 2019 [14:32]
Baxış sayı: 2411

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Tovuz rayon sakini rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq 350 manat nağd pulu oğurlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ayaz Qasımov şübhəli qismində saxlanılıb.

O, ilkin dindirmə zamanı ağır dərəcəli sərxoş olduğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 114