Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Elmar Məmmədyarov: "Ermənistan uşaq söhbətlərini qırağa qoyub danışıqlar masasına əyləşməlidir"

“Özümüzü aldatmayaq, yəni nələr baş verdiyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı planın mövcud olduğunu hamı bilir. Bunları nəinki danışıqlar aparan tərəflər, həm ATƏT Minsk qrupunun həmsədr ölkələrinin, başqa ölkələrin də paytaxtlarındakılar gözəl anlayırlar”.

Dərc edilib: 14 may 2019 [15:56]
Baxış sayı: 2217

İnterPress.Az xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir həmçinin 16 yanvar Paris görüşündə də, bu yaxınlarda Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri arasında Moskvadakı üçtərəfli görüş zamanı da münaqişə tərəflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair açıq şəkildə müzakirə apardıqlarını xatırladıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 114