Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri ilə görüşübbackend

Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.

Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında səmərəli əməkdaşlığı xüsusi vurğulayaraq, bu çərçivədə təşkil olunan tədbirlərdən danışıb. Gələcəkdə bu cür layihələrin qarşılıqlı olaraq davam etdiriləcəyinə əminlik ifadə olunub.