Şəkiyə yağan dolu təsərrüfata ziyan vurubbackend

Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, dolu əsasən rayonun Orta Zəyzid kəndinə düşüb.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində hər tərəfi ağ örpəyə bürüyüb.

Dolu meyvə ağaclarına ziyan vurub.

Bundan başqa, Şəki şəhərinin yuxarı hissəsinə də az miqdarda dolu yağıb.

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış səhər saatlarında dayanıb.

İnterPress.Az