Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rober Pires: "Bakı Londondan elə də uzaq deyil"

"Avropa Liqasının finalı kimi tədbirə ev sahibliyi etmək Azərbaycan, xüsusən də Bakı şəhəri üçün çox gözəl imkandır".

Dərc edilib: 15 may 2019 [10:37]
Baxış sayı: 4865

İnterPress.Az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Fransa milli komandasının sabiq futbolçusu Rober Pires deyib. Keçmiş yarımmüdafiəçi bildirib ki, finalda Londonun iki komandası - "Arsenal" və "Çelsi"nin qarşılaşması xüsusi məqamdır. Pires həlledici qarşılaşmada "Arsenal"a azarkeşlik edəcəyini bildirib: "Çünki karyeramın 6 ilini bu klubda keçirmişəm. Eyni zamanda bu komandada səfir kimi fəaliyyət göstərirəm. Finalda oynamaqla yanaşı, "Arsenal"da bu titulu qazanmasını gözləyirəm".

Fransalı veteran oyunçunun fikrincə, Bakı Londondan elə də uzaq deyil: "İki şəhər arasında təyyarə ilə cəmi 5 saatlıq yol var. Bu, həm "Arsenal", həm də "Çelsi" azarkeşləri üçün yeni ölkə və şəhəri kəşf etmək baxımından yeni imkandır".

Pires Bakı Olimpiya Stadionunda keçiriləcək final matçının təşkilati işləri ilə yaxından maraqlandığını da vurğulayıb: "Final matçına sponsorlardan birinin nümayəndəsi kimi cəlb olunuram. Azərbaycanlı azarkeşlərin futbol sevgisinə bələdəm. Stadion böyükdür. Hər iki komanda azarkeşləri üçün final matçının çox maraqlı keçəcəyinə inanıram".

Qeyd edək ki, Rober Pires 2000 - 2006-cı illərdə çıxış etdiyi "Arsenal"ın heyətində 2 dəfə İngiltərə çempionu (2001/2002, 2003/2004) və Federasiya Kubokunun qalibi (2002/2003, 2004/2005), eləcə də Çempionlar Liqasının finalçısı (2005/2006) olub. Fransa millisinin heyətində isə o, dünya (1998) və Avropa çempionu (2000), Konfederasiyalar Kubokunun 2 qat qalibi (2001, 2003) adını qazanıb.(report)

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147