“Quduz it sürüsü, “Thank you” və ətli sümük” – ORDUXAN VƏ DOSTLARINA “QUDUZLUQ ƏLEYHİNƏ VAKSİN”backend

“Quduz it sürüsü, “Thank you” və ətli sümük” – ORDUXAN VƏ DOSTLARINA “QUDUZLUQ ƏLEYHİNƏ VAKSİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Demokratiya”, \”söz azadlığı” kimi məfhumlardan milli hakimiyyətlərə təzyiq üsulu kimi istifadə edən Qərb siyasi dairələri bununla maraqlarını təmin etməyə, umacaqlarını reallaşdırmağa cəhdlər göstərir. Bu baxımdan \”demokratiya” və \”insan haqları” klassik anlamından çoxdan çıxaraq Qərb üçün \”işğalçı ordularının ön dəstələri” rolunu oynamağa başlayıb.

Bu məqsədlə hamin dairələr milli hakimiyyətlərə qarşı özlərinin yemlədikləri siyasi qüvvələr bəsləyir, onların təhlükəsizliyinə nail olmağa çalışır. Çünki Qərbin siyasi dairələri milli hakimiyyətlərə məhz həmin siyasi qüvvələr vasitəsilə təzyiqlər göstərməyə, hakimiyyətləri sıxaraq umacaqlarını təmin etmək niyyətindədir. Azərbaycanda Qərbin oyuncağı olan belə siyasi qüvvələrin kimliyi hər kəsə aydındır, onlar illərdir ki, hakimiyyətə təzyiq vasitəsi kimi beynəlxalq güclərin əl oyuncağı funksiyasını yerinə yetirməkdədir. İndisə \”əl oyuncaqları” sırasına yeniləri də əlavə olunub: mühacir müxalifəti…

Avropanın müxtəlif ölkələrinə səpələnmiş (daha doğrusu, yerləşdirilmiş) başıpozuq dəstənin eyni mərkəzin komandası ilə hərəkətlənməsinə dəfələrlə şahidlik etmişik. İki gün öncə – mayın 13-də Brüsseldə \”Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyi ilə bağlı yubiley toplantısına qatılan Azərbaycan nümayəndə heyətinin qaldığı otelin qarşısında təşkil edilən \”aksiya” isə onların növbəti rüsvayçı zühurunun acı görüntüləri idi. Yayılan görüntülərdən də məlum olur ki, bu şəxslər üçün vətən, dövlət və millət anlayışları yoxdur, onlar beyinləri yuyulmuş manqurt dəstəsinə çevrilib. Bu manqurt dəstədən isə həmişə eyni məqsədlə istifadə olunur: Azərbaycan dövlətini aşağılamaq, dövlətin birinci şəxsindən tutmuş ən sonuncu məmuruna qədər şər-böhtan atmaq və bununla ağalarının \”demokratiya qılıncı” ilə Azərbaycan dövlətinin üzərinə getməsinə şərait yaratmaq. Qazancları əvvəl \”malades” olan bu qaragurun indi \”Thank you”-ya və cibxərcliyinə işlədikləri də bildiyimiz həqiqətlər siyahısındadır.

Bu aksiya cəhdi ilə onlar həm də erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar. Kadrlardan da görünür bu başıpozuq dəstə nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Onlar ancaq Azərbaycan dövlətinə qarşı çıxmaq, rəsmilərimizi ləkələmək, onlara şər-böhtan atmaq üzrə ixtisaslaşıblar. Belə olmasaydı, başda Orduxan olmaqla həmin başıpozuq və tərbiyyədən uzaq dəstəni erməni işğalına etiraz tədbirlərində də görərdik.

Görmürük. Çünki Qarabağın azadlığı üçün təşkil olunan aksiyalara nə Qərbli ağaları, nə də erməni fondları maliyyə ayırmaz. Bunların məsləki, əqidəsi isə yalnız puldur. Pula hürən it sürüsünün Avropa boyunca nümayiş etdirdiyi rüsvayçılıqlar isə hər bir azərbaycanlını kədərləndirir. Bir azərbaycanlı öz Vətəninə və Dövlətinə necə düşmən ola bilər axı? Görünür ki, mümkün imiş…Adamları itə çevirdikdən sonra onları istədikləri kimi yönəldə bilirlərmiş: çünki it sahibindən başqasını tanımaz, hürməklə daha çox sümük alacağını hesablayar, yalnız…

Orduxan bu it ordusunun \”şanlı rəhbəri” kimi özünü daha çox gözə soxmağa, ağalarından sığal və əlavə imtiyazlar əldə etməyə ümüdlüdür. Bu istək o qədər qabarıqdır ki, artıq bütün sərhədləri keçməkdə hansısa ayıb bilmir. Bunun adı quduzluqdur.

QUDURAN İTLƏRİN ACI AQİBƏTİNİ İSƏ HƏR KƏS BİLİR…

“Quduz it sürüsü, “Thank you” və ətli sümük” – ORDUXAN VƏ DOSTLARINA “QUDUZLUQ ƏLEYHİNƏ VAKSİN”

EMİL Məmmədov