Belarus Baş nazirinin müavini: “Azərbaycanda aqrar sektorun inkişafını görürük”backend

Belarus Baş nazirinin müavini: “Azərbaycanda aqrar sektorun inkişafını görürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Belarusun Baş nazirinin müavini İqor Lyaşenko Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin (Caspian Agro 2019) açılışında deyib.

\”Azərbaycanda kənd təsərrüfatı sektorunun, o cümlədən ərzaq təhlükəsizliyi sahəsindəki balanslı inkişaf siyasətini görürük. Azərbaycana kənd təsərrüfatı sektorunu inkişaf etdirdiyinə və ölkəmizlə əməkdaşlığa görə minnətdarıq\”, – o bildirib.

Baş nazirinin müavini qeyd edib ki, Belarus bu sərgidə 30 müəssisə ilə təmsil olunur.

\”Bu il həmçiun kənd təsərrüfatı texnikasının istehsalı üzrə Azərbaycanla birgə müəssisələr də təqdim edirik\”, – İ.Lyaşenko söyləyib.

İnterPress.Az