Peyğəmbərin saçı Araz Ağalarovun konsert salonunda nümayiş etdiriləcəkbackend

Peyğəmbərin saçı Araz Ağalarovun konsert salonunda nümayiş etdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri nəzərə alınaraq peyğəmbərin saçı Moskva məscidlərində nümayiş etdirilməyəcək.
Peyğəmbərin saçı ancaq Araz Ağalarova məxsus “Krokus Siti Holl”un konsert zalında keçiriləcək mövlud mərasimində sərgilənəcək. Bunu Moskva müsəlmanlarının dini idarəsinin nümayəndəsi Kamil Manafov bildirib.

Mövlud mərasiminə giriş biletlə olacaq və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləcək. Mövlud iştirakçıları peyğəmbərin saçına ancaq xüsusi şüşənin arxasından baxa biləcəklər.

Peyğəmbərin saçına tamaşa etmək üçün “Krokus Siti Holl”a 6 min nəfərin gələcəyi təxmin edilir.

İnterpress.az