Hicran Hüseynova: “Azərbaycanda ailə zorakılığı, təhsildən yayınma və erkən nikah problemləri var”backend

Hicran Hüseynova: “Azərbaycanda ailə zorakılığı, təhsildən yayınma və erkən nikah problemləri var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ailə modeli yalnız dünyanın 7-8 ölkəsində var: “Ölkəmizdə çox gözəl ailə modeli var. Biz Azərbaycanda sağlam, təhsilli ailələrin inkişaf etməsini istəyirik. Eyni zamanda sosial problemli ailələrin müdafiəsi də bizim siyasətin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanda ailə zorakılığının, təhsildən yayınma və erkən nikahların qarşısının alınmsı gündəlikdə olan problemlərdir. Təbii ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməzdi”.

İnterPress.Az