Emin Millidən daha bir bəyanat: “İlham Əliyevlə işləməyə hazıram”backend

Emin Millidən daha bir bəyanat: “İlham Əliyevlə işləməyə hazıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu \”BBC Azərbaycan”a müsahibəsində Meydan TV-nin keçmiş rəhbəri Emin Milli deyib.

O bildirib ki, əgər ölkədə ciddi real islahatlar keçirilsə, hər kəsə əl uzatmağa, hər kəsə işləməyə hazırdır: \”İqtisadi islahlatlar getsə, mən İlham Əliyevlə də, hakimiyyətlə də işləməyə hazıram. Kim istəyir, mənə satqın desin, kim nə deyir-desin, bu, mənim vecimə deyil”.

E.Millinin sözlərinə görə, o, müxalifətdə təmsil olunub yalandan hakimiyyəti dəyişəcəyini deyən adamlardan olmayıb, olmayacaq: \”Mən nə müxalifətdə təmsil olunub yalandan hakimiyyəti dəyişəcəklərini deyənlərin, nə də hakimiyyəti olub yalandan islahat edəcəklərini deyənlərin yanında olmayacam”.

İnterPress.Az