Prezidentin məhkəmələrlə bağlı fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıbbackend

Prezidentin məhkəmələrlə bağlı fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.

Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə İşçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb.

İnterPress.Az