“Formula 1”: Meksika Qran-prisi növbəti dünya çempionatının təqviminə daxil edilməyəcəkbackend

“Formula 1”: Meksika Qran-prisi növbəti dünya çempionatının təqviminə daxil edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az yerli mətbuata istinadən xəbər verir ki, yarışın gələcəyi ölkə rəhbərliyinin maliyyəni azaltmasından sonra sual altına düşüb.

Təşkilatçılar 2015-ci ildən keçirilən Qran-prinin müddətinin uzadılması üçün \”Liberty Media\” ilə razılığa gələ bilmirlər. Danışıqlar bir neçə aydır davam edir. Meksika hökuməti müqaviləni 2025-ci ilədək uzatmaq üçün 37 milyon avro ödəməkdən imtina edir.

Qeyd edək ki, gələn il \”Formula 1\” təqviminə Hollandiya və Vyetnam Qran-priləri salınacaq. Beləliklə, \”Liberty Media\”nın iki yarışı təqvimdən çıxaracağı ehtimalı böyükdür. Əsas namizədlər isə İspaniya və Meksika Qran-priləridir.

İnterPress.Az