Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayırbackend

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, 4 gün davam edəcək yarış Milli Gimnastika Arenasında keçiriləcək.

35 ölkənin iştirak edəcəyi çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Azərbaycanda 4-cü dəfə təşkil olunacaq Avropa çempionatının şəxsi yarışlarında ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis, komanda mübarizəsində isə Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə və Eleonora Yusifova təmsil edəcəklər.

Yarışın açılış mərasimi bu gün saat 17:00-da başlanacaq.

İnterPress.Az