Qazaxıstanda XII iqtisadi forum başlayıbbackend

Qazaxıstanda XII iqtisadi forum başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Forumun bu dəfəki mövzusu \”İlhamverici böyümə: insanlar, şəhərlər, iqtisadiyyatlar\” olacaq.

Forumda 74 ölkədən siyasətçilər, iş adamları, tədqiqatçılar və müstəqil ekspertlər iştirak edir. Qeydiyyatdan keçən nümayəndələrin sayı 5 492 nəfərdir.

İki gün davam edəcək forum çərçivəsində 30 ölkədən 710 nəfər müxtəlif mövzularda çıxış edəcək. Forum çərçivəsində bəzi sessiyalara \”Euronews\”dan tanınmış jurnalisti Ştefan Qrobe (Shtefan Grobe) və CNN-dən Con Deftorios (John Deftorios) moderatorluq edəcək.

AEF-2019-da iştirak edənlər arasında Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristina Laqard (Christine Lagard), Çinin vitse-baş naziri Han Çenq (Han Zheng), Ermənistan prezidenti Armen Sarqsyan, Nokia qrupunun direktoru Risto Siilasmaa, Dünya Bankının 2016-2018-ci illərdəki baş iqtisadçısı olmuş Pol Maykl Romer (Paul Michael Romer) və başqa şəxslər dəvət edilib.

İnterPress.Az