Balakəndə keçmiş məhkum narkotikə görə saxlanılıbbackend

Balakəndə keçmiş məhkum narkotikə görə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az