Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu gün “Avroviziya-2019”da gərgin gecə olacaq

Bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində sayca 64-cü “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Dərc edilib: 16 may 2019 [11:57]
Baxış sayı: 6545

İnterPress.Az xəbər verir ki, bu gecə yarışmanın ikinci finalında 18 ölkə təmsilçisi öz bacarığını Təl-Əviv Expo Mərkəzinin səhnəsində nümayiş etdirəcək.

18 ölkəyə Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan daxildir.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

“Avroviziya-2019” Bakı vaxtı ilə gecə saat 23:00-da İTV-də birbaşa olaraq canlı yayımlanacaq.

Müsabiqə iştirakçılarının fasiləsi zamanı xüsusi qonaq qismində səhnəyə İsrailin məşhur pop qrupu “Shalva Band” çıxacaq “A Million Dreams” mahnısı ifa olunacaq.

“Shalva Band” qrupunun səkkiz üzvü sağlamlığı məhdud olan insanlardır. Onlar bu il İsraili “Avroviziya-2019” yarışmasında təmsil etmək istəyirdilər. Lakin müəyyən səbəblərdən yarışmaya ev sahibliyi edən ölkə müğənni Kobi Mariminin iştirakını təsdiqləyib.

Şouya əlavə rəng qatmaq üçün israilli illizionçu Lior Suxard səhnədə mistik perfomans sərgiləyəcək.

Nəzərinizə çatdıraq ki, ötən gün münsiflər heyəti öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.

Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin güclü olması buna zəmin yaradıb.

Qeyd edək ki, müğənni Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək. Çingiz səsləndirdiyi mahnıda muğam oxuyacaq.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201