ETA qruplaşmasının lideri həbs olunubbackend

ETA qruplaşmasının lideri həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, Fransa və İspaniyanın hüquq-mühafizə orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində Fransanın Sallançes bölgəsində saxlanılıb. C.Ternera 17 ildir qaçaq həyatı yaşayırmış.

C.Ternera (Antonio Urrutikoeçea) 1987-ci ildə İspaniyanın Zaraqos şəhərində polis kazarmasına hücumda və 11 nəfərin öldürülməsində ittiham olunur.

ETA Avropa İttifaqının terrorçu qruplar siyahısına daxil edilib. Bu qrup 1959-cu ildən 2018-ci ilədək fəaliyyət göstərib. Ötən il fəaliyyətini dayandırdığını elan edib.

İnterPress.Az